Bakıda ağır qəza:  YARALILAR VƏ TIXAC -FOTO
06 yanvar 2023 22:14 (UTC +04:00)

Bakıda ağır qəza: YARALILAR VƏ TIXAC-FOTO

Bakıda ağır yol qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində - Ayna Sultanova körpüsündə qeydə alınıb.

"20 Yanvar" istiqamətində yüksək sürətlə hərəkət edən "Volswagen" markalı avtomobil işıq dirəyinə dəyərək yolun əks istiqamətinə düşüb. Nəticədə işıq dirəyi əyilib. İdarəetməni itirən avtomobilin sürücüsü digər eyni markalı avtomobilə və "Opel" markalı minik maşınına çırpılıb. Hər üç avtomobilə zərər dəyib.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Yol infrastrukturuna ziyan dəyib. Əraziyə Dövlət Yol polisi əməkdaşları cəlb edilib. Avtomobillər hadisə yerindən uzaqlaşdırılıb.

Qəza nəticəsində prospektin hər iki istiqamətində tıxac yaranıb.

Hadisənin təfərrüatı araşdırılır.

# 3183
avatar

Oxşar yazılar