Bakıda ölümlə nəticələnən ağır yol qəzası olub.
Lent.az-ın məlumatına görə, hadisə Qaradağ rayonu Xocasən-Lökbatan yolunda baş verib. 35 yaşlı Cəbrayılov Saleh Məhəmməd oğlunun idarə etdiyi "Ford Tranzit" markalı avtomobil 53 yaşlı Bədəlov Bədəl Ağayar oğlunun idarə etdiyi "Lada Priora" markalı avtomobillə toqquşub. Zərbənin təsirindən B. Bədəlov salondan çıxaraq asfaltın üzərinə düşüb. O, aldığı xəsarətlərdən yerindəcə keçinib.
Faktla bağlı cinayət işi başlanıb.