Bakıda ağır qəza:  6 nəfər xəsarət aldı - SİYAHI
06 mart 2021 01:16 (UTC +04:00)

Bakıda ağır qəza: 6 nəfər xəsarət aldı - SİYAHI

0

Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə aeroport şossesində baş verib.

Belə ki, şossedə iki minik avtomobili toqquşub. Qəza nəticəsində 1992-ci il təvəllüdlü Mədinə Nəsirova, 1995-ci il təvəllüdlü Elvin Məmmədov, 1980-ci il təvəllüdlü Vəfa Əliyeva, 1986-ci il təvəllüdlü Elvin İsmayılov, 1985-ci il təvəllüdlü İlham Şükürov və 16 yaşlı Elgün Məmmədov müxtəlif bədən xəsarətləri alıb.

Onlar xəstəxanaya yerləşdirilib. Yaralılardan 4-nün vəziyyəti ağırdır.

Fakt Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3668

Oxşar yazılar