Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsində ağac kəsintisi faktı aşkar edilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Lent.az-a verilən xəbərə görə, faktla bağlı akt tərtib olunub.
Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.
Kəsilmiş ağacların yerinə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin təşkilatçılığı və dəstəyi ilə ərazidə yaşayan sakinlərlə birgə yeni ağaclar əkilib.