Bakıda 9 avtomobil toqquşdu - FOTO
19 iyun 2023 03:13 (UTC +04:00)

Bakıda 9 avtomobil toqquşdu - FOTO

0

Bakının Nərimanov rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Lent.az xəbər verir ki, yol qəzası Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, sürücülərin verdiyi məlumata görə prospektin "Koroğlu" metrosu istiqamətinə gedən hissəsində tuneldə iki avtomobil toqquşub.

Daha sonra 7 avtomobil ardıcıl zəncirvari şəkildə biri birinə dəyib.

Qəza zamanı “Opel” markalı maşının sərnişini və “BYD” markalı avtomobilin sürücüsü Balakişi Hüseynov ağır bədən xəsarətləri alıb. Əraziyə təcili tibbi yardım maşını gəlib. Yaralılar xəstəxanaya çatdırılıb.

Bu vaxt prospektdə hər üç zolaqda qəzaya uğramış avtomobillər olduğundan tıxac yaranıb.

Əraziyə Yol Patul Xidmətinin və Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Yolda hazırda nisbətən tıxacın qarşısı alınıb. Hazırda sıxlıq var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4066

Oxşar yazılar