Xəzər rayonu ərazisində yerləşən ayrı-ayrı şəxslərə məxsus 8 evdən müxtəlif vaxtlarda 1207 manat, 900 dollar, 6770 manat dəyərində qızıl və məişət əşyaları oğurlanıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağstafa rayon sakini əvvəllər məhkum olunmuş M.Alıyev saxlanılıb.