Bakıda 4 evdən oğurluq olub
05 may 2023 10:39 (UTC +04:00)

Bakıda 4 evdən oğurluq olub

0

Bakıda evlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, müxtəlif vaxtlarda Ümid qəsəbəsi ərazisində 4 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlanıb.

Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bililən Bakı şəhər sakinləri Ramal İbrahimov və İlkin Cəbiyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1624

Oxşar yazılar