Bakıda  39 yaşlı kişi   özünü asdı
03 aprel 2024 07:21 (UTC +04:00)

Bakıda 39 yaşlı kişi özünü asdı

Bakının Sabunçu rayonunda intihar etmək istəyən şəxsi yaxınları xəstəxanaya çatdırıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Yeni Ramana qəsəbəsində qeydə alınıb.

1985-ci il təvəllüdlü Cəbrayılov Rais Gülməmməd oğlu yaşadığı evdə özünü asıb.

Yaxınları onu azad edərək xəstəxanaya çatdırıb.

Həkimlərin verdiyi məlumata görə, R.Cəbrayılovun vəziyyəti kritikdir. O, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktı Sabunçu Rayon Prokurorluğu araşdırır.

# 3012
avatar

Oxşar yazılar