Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb.
Lent.az-ın məlumatına görə, hadisə oktyabrın 6-da paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. 33 yaşlı Əliyev Rəhim Zərbəli oğlu at sürərkən qəflətən yıxılıb.
O, hadisə nəticəsində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.