Bakıda 31 yaşlı kişi özünü  körpüdən atmaq   istədi
06 iyun 2023 19:55 (UTC +04:00)

Bakıda 31 yaşlı kişi özünü körpüdən atmaq istədi

Bakının Nizami rayonu, “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən körpünün üzərinə çıxaraq intihara cəhd edən şəxslə bağlı açıqlama verilib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, bu gün axşam saatlarında intihara cəhd hadisəsi olub. 

Bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər. 

Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. 

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 31 yaşlı Ələsgərli Tamerlan Rövşən oğlu körpünün üzərinə çıxaraq  intihara cəhd edir.

Yaranmış mürəkkəb vəziyyət xilasedicilər tərəfindən operativ təhlil edilərək intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilərin psixoloji söhbəti nəticəsində vətəndaş intihar etmək niyyətindən çəkinib və o, avtonərdivan vasitəsilə körpüdən endirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2136
avatar

Oxşar yazılar