Bakıda 3 min manata “Makarov”  satan tutuldu - FOTO
07 avqust 2023 16:01 (UTC +04:00)

Bakıda 3 min manata “Makarov” satan tutuldu - FOTO

0

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah saxlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər sakini əvvəllər Cinayət Məcəlləsinin 228 və 234-cü maddələri ilə məhkum olunmuş 1981-ci il təvəllüdlü Balakişiyev Adil Əşrəf oğlundan 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.

A.Balakişiyev silah-sursatı bir müddət əvvəl əldə etdiyini və 3000 manata satmaq istədiyini bildirib.

Saxlanılan şəxslər barəsində 13-cu Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2455

Oxşar yazılar