Bakıda 3 maşın toqquşdu,  tıxac yarandı
04 yanvar 2023 21:27 (UTC +04:00)

Bakıda 3 maşın toqquşdu, tıxac yarandı

Bakının Səbail rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə nəticəsində iki "Toyota" və bir "Mercedes" toqquşub. İdarəetməni itirən "Toyota" markalı avtomobillərdən birinin sürücüsü maşını işıq dirəyinə çırpıb.

Avtomobillər ərazidən götürülüb. Toqquşma nəticəsində yolda tıxac yaranıb.

# 2295
avatar

Oxşar yazılar