Bakıda gənc oğlan dəm qazından zəhərlənib.
Lent.az xəbər verir ki, hadisə axşam saatlarında Sabunçu rayonu Sabunçu qəsəbəsində baş verib. Burada 20 yaşlı Hacıyev Nihad Səyavuş oğlu yaşadığı evin hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.