Bakıda 2 maşın qaçıran tutuldu
13 fevral 2023 17:07 (UTC +04:00)

Bakıda 2 maşın qaçıran tutuldu

0

Bakıda avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə rayon ərazsisində ayrı-ayrı vaxtlarda S.Səfərova məxsus “VAZ-2106” və E.Sadıqova məxsus “BMW” markalı avtomobillərin qaçırılması barədə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilləri qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş S.Fərəczadə saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1912

Oxşar yazılar