Bakıda 16 minlik oğurluq  edən tutuldu
23 sentyabr 2024 10:44 (UTC +04:00)

Bakıda 16 minlik oğurluq edən tutuldu

Bakıda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Maştağa qəsəbəsi ərazisində bir həyətdən 2000 manat dəyərində darvaza, bir evdən 8000 manat dəyərində qızıl-zinət və məişət əşyaları, digər həyətdən isə 700 manat dəyərində su çəni oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 38 yaşlı T.Əhmədov  və  əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 26 yaşlı A.Hacızadə müəyyən olunaraq saxlanılıblar. 

Araşdırmalarla T.Əhmədovun müxtəlif vaxtlarda Ramana qəsəbəsi ərazisində 3 evdən ümumilikdə 6100 manat dəyərində məişət əşyaları və elektrik naqili oğurlaması da müəyyən olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1059
avatar

Arzu Qurbanlı

Oxşar yazılar