Bakıda 15 yaşlı qız uşaq doğdu: körpəsi də, özü də öldü  - YENİLƏNİB
08 fevral 2022 11:52 (UTC +04:00)

Bakıda 15 yaşlı qız uşaq doğdu: körpəsi də, özü də öldü - YENİLƏNİB

Prokurorluq Bakıda 15 yaşda ana olan yeniyetmənin ölümü ilə bağlı məlumat yayıb.

Xəzər rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, fevralın 4-də, saat 18 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi sakini 06 may 2006-cı il təvəllüdlü Nigar Rüstəmova (ad və soyad şərtidir) və bətnindəki dölün ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, mərhum 10 ay əvvəl 1993-cü il təvəllüdlü Elvin Məmmədov (ad və soyad şərtidir) ilə ailə həyatı qurub, fevralın 4-də, saat 14 radələrində yaşadığı ünvanda ev şəraitində ölü döl doğduqdan sonra halının pisləşərək komatoz vəziyyətə düşməsi səbəbindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilmiş və saat 18 radələrində xəstəxananın reanimasiya şöbəsində ölüb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, Nigar Rüstəmovanın (ad və soyad şərtidir) və dölün meyitlərə baxış keçirilib, meyitlərin bədən səthi üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.

Hazırda faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.

***

10.32

Bakıda uşaq dünyaya gətirən yeniyetmə ilə bağlı rəsmi məlumat yayılıb.

Lent.az xəbər verir ki, xəstəxanadan APA-ya verilən məlumatda bildirilir ki, yeniyetmə qız xəstəxanaya gələndə artıq hamilə olmayıb: "Aqonal vəziyyətdə qanaxma ilə xəstəxanaya çatdırılan yeniyetmə reanimasiyaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb" - xəstəxanadan bildirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

***

saat 10:06

Bakıda yeniyetmə qız uşaq dünyaya gətirib, sonra özü və körpəsi ölüb.

Hadisə 3 saylı Şəhər Klinik Xəstəxanasında qeydə alınıb.

Belə ki, 15 yaşlı G.B. və dünyaya gətirdiyi uşaq ölüb.

Araşdırmalar nəticəsində G.B.-nin əvvəllər 28 yaşlı Mayıl Hadıyevlə qeyri-rəsmi nikah münasibətlərində olması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, M.Hadıyev saxlanılıb. /Report/

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7549

Oxşar yazılar

FTX azərbaycanlını casus adı ilə  belə həbs etdi - VİDEO

FTX azərbaycanlını casus adı ilə belə həbs etdi - VİDEO

21 avqust 2025 , 17:40
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

21 avqust 2025 , 16:31
Ağdamda gənc qadın itkin düşdü - FOTO

Ağdamda gənc qadın itkin düşdü - FOTO

21 avqust 2025 , 15:51
Məhkəmə Rəqsanəni həbsdən BURAXMADI

Məhkəmə Rəqsanəni həbsdən BURAXMADI

21 avqust 2025 , 15:23
Ana qızının toyunda  infarktdan öldü

Ana qızının toyunda infarktdan öldü

21 avqust 2025 , 13:19
Müayinəyə gələn hamilə   xəstəxanada öldü

Müayinəyə gələn hamilə xəstəxanada öldü

21 avqust 2025 , 11:42
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ

Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ

21 avqust 2025 , 11:07
Narkotikin təsiri altında qəza törətdi, həbs edildi

Narkotikin təsiri altında qəza törətdi, həbs edildi

21 avqust 2025 , 10:35