Bakıda iki bacı itkin düşüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xəzər rayonu Buzovna qəsəbəsində qeydə alınıb. Qəsəbə sakinləri 18 yaşlı Fənarə və bacısı 15 yaşlı Həcəm Səfərəliyevalar kirayə yaşadıqları evdən gedib və bir daha geri qayıtmayıblar.
Bacıların yaxınları bu barədə polisə məlumat verib. Hazırda onların tapılması istiqamətində axtarışlar davam edir.