Bakıda 13 yaşlı uşaq özünü niyə asdı? - ŞOK İDDİA  - YENİLƏNİB
22 aprel 2021 15:55 (UTC +04:00)

Bakıda 13 yaşlı uşaq özünü niyə asdı? - ŞOK İDDİA - YENİLƏNİB

Bakıda yeniyetmənin intihar etməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, ehtimal olunur ki, 13 yaşlı Ramiz Rəcəb oğlu Əliyev ailə problemlərinə görə həyatına son qoyub.

Deyilənə görə, Ramizin ata-anası bir müddət öncə ayrılıb. Onun bacısı anası ilə, özü isə atasının yanında qalıb. İddia olunur ki, 13 yaşlı uşaq lazımi qədər nəvaziş və sevgi görməyib. Ramizin məhz bu səbəbdən intihar etdiyi güman edilir.

İntiharın dəqiq səbəbi isə hələ ki, məlum deyil.

Araşdırmalar davam etdirilir.

***

Saat: 11:04

Bakıda intihar olub.

Lent.az-ın məlumatına görə, aprelin 20-də axşam saatlarında Keşlə qəsəbəsində 13 yaşlı Ramiz Rəcəb oğlu Əliyev özünü yaşadığı evin həyətində asıb.

Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10902
avatar

Mehman Nəbiyev

Oxşar yazılar