Bakıda 12 gün əvvəl qəzaya düşən qadın xəstəxanada ölüb.
Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonunda yerləşən Bakıxanov parkının yanında baş verib. Məmmədov Abdulla İsrafil oğlu idarə etdiyi "Opel Astra" markalı avtomobillə 67 yaşlı Zeynalova Şəmsiyyət Məhəmmədovanı vurub.
Yaralı 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, o, reanimasiyada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.