Bakıda azyaşlı itkin düşüb.
Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonu Əmircan qəsəbəsində baş verib. Burada yaşayan 11 yaşlı Hacızadə Ülvi Səxavət oğlu sentyabrın 5-də evdən çıxıb və bir daha geri qayıtmayıb.
Bu barədə onun babası Ə. Hacıyev polisə müraciətində bildirib.
Hazırda faktla bağlı axtarış işləri davam edir.