Bakıda 109 yaşlı  qadının meyiti tapıldı
29 noyabr 2024 09:33 (UTC +04:00)

Bakıda 109 yaşlı qadının meyiti tapıldı

1

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində vətəndaşın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər tərəfindən doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısı müvafiq vasitələrlə açılıb və 109 yaşlı Əhmədova Nübar Mayıl qızının meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 3273

Oxşar yazılar