Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı-Sumqayıt yolunda baş verən qəza barədə məlumat yayıb.
Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində "ГАЗел" markalı yük avtomobilinin beton maneəyə çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan sürücü, 1964-cü il təvəllüdlü Quliyev Nazim Əhliman oğlunun meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
17.20
Bakı-Sumqayıt yolundan ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, yolun hərəkət istiqamətində olan “QAZel” markalı yük avtomobili betona çırpılıb.
Qəza nəticəsində bir nəfər ölüb. Onun meyitinin avtomobildən çıxarılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.