Bakı-Şamaxı yolunda qəza zamanı SÜRÜCÜNÜN BACISI ÖLDÜ  - FOTO
19 may 2021 00:35 (UTC +04:00)

Bakı-Şamaxı yolunda qəza zamanı SÜRÜCÜNÜN BACISI ÖLDÜ - FOTO

0

Bakı-Şamaxı şossesində qəza zamanı bir nəfər ölüb.

APA xəbər verir ki, yol-nəqliyyat hadisəsi şossenin Atyalı yaşayış massivinə düşən ərazisində qeydə alınıb.

Ağayev Elnur Fikrət oğlu 99-EF-564 dövlət nişanlı “Nissan” markalı avtomobili idarə edərkən sükana nəzarəti itirib. Nəqliyyat vasitəsi maneəyə çırpılaraq aşıb. 

Qəza nəticəsində sürücünün bacısı - sərnişin, 1992-ci il təvəllüdlü Səlimova Sürəyya Mirsadiq qızı hadisə yerində ölüb. Sürücü E.Ağayev və onun xalası oğlu sərnişin Nicat Məmmədov ağır bədən xəsarətləri alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3483

Oxşar yazılar