Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Qobustan qəsəbəsində baş verib.
1993-cü il təvəllüdlü Dəmirzadə Ülvi Kamil oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.