Bakı sakinini avtomobil vurdu
03 fevral 2022 04:36 (UTC +04:00)

Bakı sakinini avtomobil vurdu

0

Bakının Nizami rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Məmmədov Samir Ədail oğlu yolun müəyyən edilməmiş hissəsindən keçərkən onu avtomobil vurub. 

O, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1881

Oxşar yazılar