Bakı sakini qaynı tərəfindən bıçaqlandı
04 avqust 2021 05:29 (UTC +04:00)

Bakı sakini qaynı tərəfindən bıçaqlandı

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

Özəl klinikaların birinin qarşısında 1984-cü il təvəllüdlü Hüseynov Elşən Məmmədağa qaynı ilə əlbəyaxa dava zamanı başından bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

# 2226
avatar

Oxşar yazılar