Bakıda evdən meyit tapılıb.
FHN-dən Lent.az-a verilən məlumata əsasən, Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 48 yaşlı Orucov Xudayar İbadulla oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.