Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az-ın məlumat verir ki, hadisə Bakı-Quba yolunun 30-cu km-də qeydə alınıb.
Quba sakini 1969-cu il təvəllüdlü Bəhruz Əlövsət oğlu İsmayılovun idarəetdiyi “Opel” markalı avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb.
Nəticədə avtomobil maneəyə çırpılaraq aşıb.
Qəza nəticəsində sürücü hadisə yerində ölüb.
Sürücünün həyat yoldaşı 1977-ci il təvəllüdlü Rəvanə İsmayılova da maşında olub, yüngül xəsarətlər aldığı bildirilir.
Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.