Bakı-Quba yolunda avtomobil piyadanı öldürüb.
Lent.az xəbər verir ki, 30.11.2025-ci il tarixdə saat 11:30 radələrində Həbibov Əmrah Əfsər oğlu idarə etdiyi “Kia Rio” markalı avtomobillə Bakı-Quba yolunun 40-cı kilometrliyində, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindən keçən hissəsində yolu keçmək istəyən piyada, 85 yaşlı Asirov Nikolay Andreyeviç oğlunu vurub. Nəticədə şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt ŞPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və hazırda ibtidai istintaq davam etdirilir.