Bakı-Quba yolunda AĞIR QƏZA:  Ölən var
23 avqust 2023 10:46 (UTC +04:00)

Bakı-Quba yolunda AĞIR QƏZA: Ölən var

0

Bakı-Quba yolunda ağır qəza baş verib.

Lent.az-ın məlumatına görə, hadisə Bakı-Quba, ödənişli magistral yolunun 82 km-də baş verib. 

Belə ki, 1965-ci il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı Maliki Ejder Yıldırım idarə etdiyi “Mitsubishi L200” minik markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb və sürücü hadisə yerində ölüb.

Faktla bağlı Siyəzən RPŞ-da cinayət işi başlanılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4147

Oxşar yazılar