Bakı-Quba yolunda AĞIR QƏZA:  1 ölü, 18 yaralı - VİDEO  - YENİLƏNİB
02 avqust 2024 12:51 (UTC +04:00)

Bakı-Quba yolunda AĞIR QƏZA: 1 ölü, 18 yaralı - VİDEO - YENİLƏNİB

Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Sumqayıt yolunda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

İdarədən Lent.az-a verilən xəbərə görə, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

Toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib.

Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

***
12:27

Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində baş verən qəzada ölən var.

Lent.az APA-ya istinadla bildirir ki, qəza nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.

***
12:03

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb. 29 saylı marşrut avtobusu Sumqayıt istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə toqquşub

Hadisə zamanı 10 nəfərdən çox yaralının olduğu bildirilir.

Bakı-Quba yolunda 2 sərnişin avtobusu toqquşub, 10-dan çox yaralı var - FOTO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1296
avatar

Oxşar yazılar