Baş prokurorun keçmiş müavininin oğlu HƏBS OLUNDU - 20 il CƏZA
02 avqust 2024 12:08 (UTC +04:00)

Baş prokurorun keçmiş müavininin oğlu HƏBS OLUNDU - 20 il CƏZA

Moskva Vilayət Məhkəməsi Rusiya Baş prokurorunun keçmiş müavini İvan Kondratın oğluna qarşı təqsirli hökm çıxarıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, iş materiallarına görə, təqsirləndirilən şəxs Rusiya Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunub. Belə ki, o, muzdla adam öldürmə, iki və ya daha çox şəxsin qətlinə hazırlığın təşkili, pasport oğurluğu və başqasının əmlakını qəsdən məhv etmədə təqsirli bilinib.

Məhkəmənin qərarı ilə Kondrat 20 il müddətinə ciddi rejimli koloniyada cəza çəkəcək.

Onunla birlikdə müttəhim kürsüsündə ortağı Qriqori Voskresenski də var. Həmin şəxs qətldə iştirakda ittiham olunub. Məhkəmənin qərarı ilə o, cəzasını ciddi rejimli koloniyada çəkmək üçün on il müddətinə azadlıqdan məhrum edilib.

Məlumata əsasən, Kondrat və Voskresenski hakimin oğlunun sürücüsü Kirill İgitxanyanın qətliamını planlaşdırıb və təşkil ediblər. Bundan əlavə, ittiham tərəfinin aydınlaşdırdığı kimi, 2020-ci ildə Kondrat daha üç qətl törədib, o cümlədən Moskva Arbitraj Məhkəməsinin hakimi Yelena Maxalkinanı da öldürmək istəyib.

Kondrat 2022-ci ildə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1128
avatar

Oxşar yazılar