23 yaşlı qızı qaçırıb yarım milyon istəyən azərbaycanlılar HƏBS OLUNDU
02 avqust 2024 10:24 (UTC +04:00)

23 yaşlı qızı qaçırıb yarım milyon istəyən azərbaycanlılar HƏBS OLUNDU

Rusiyanın Çelyabinsk vilayətində 23 yaşlı tacikistanlı qızı qaçırıb 500 min rubl (təxminən 9,950 manat) istəyən azərbaycanlılar barəsində xəbər vermişdik.

Lent.az yerli mediaya istinadla bildirir ki, məhkəmə adam oğurluğu və hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən şəxsləri həbs edib.

Qeyd olunur ki, Rusiya Federasiyası İstintaq Komitəsinin Çelyabinsk vilayəti üzrə istintaq orqanı həbs edilən azərbaycanlılar barəsində Cinayət Məcəlləsinin 126-cı (adam oğurluğu) və 163-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi açıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1020
avatar

Mehman Nəbiyev

Oxşar yazılar