Mahsuz Kırmızıgülün rejissorluğu altında Diyarbəkirdə çəkilən “Gözəl atlar diyarı” filminin adı dəyişdirilib.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, filmin adı “Gözəl eşqlər diyarı” olacaq.
Filmdə baş rolları Meltem Cumbul və Halil Ergin oynayacaq. Özgür Emre, Ege Kökenli kimi tanınmış aktyorlar da serialda rol alıb.