Azərbaycanda iki qardaş axtarışa verilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, İsmayılov Rövşən Heydərxan oğlu və qardaşı İsmayılov Emin Heydərxan oğlu axtarışa veriliblər.
Onlar Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 197.2-ci (əmtəə nişanlarından qanunsuz istifadə etmə külli miqdarda ziyan vurduqda) maddələri ilə təqsirli bilinirlər.
Bakı şəhər Baş Polis İdarəsi qardaşların tapılaraq cinayət məsuliyyətinə cəlb olunması üçün axtarış elan edib.