Britaniya kralı III Çarlz şahzadə Harri ilə danışmağı dayandırıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, kral fevral ayında kiçik oğlu ilə görüşündən sonra onların arasında münasibətlər daha da pisləşib.
Şahzadə Harriyə yaxın bir şəxsin dediyinə görə, atası nəinki oğlunun zənglərinə məhəl qoymur, hətta məktublarına cavab verməyi də dayandırıb.
“Kral oğlu üçün əlçatan deyil. Harrinin zəngləri cavabsız qalır. O, səhhətini öyrənmək üçün kralla əlaqə saxlamağa çalışsa da, cavab sükut olub”- deyə xəbərdə bildirilir.
2020-ci ildə kral ailəsinin yüksək rütbəli üzvləri olmaqdan istefa verdikdən sonra Şahzadə Harri və Meqan Markl kraliyyət ailəsinə mənsub şəxslərin imtiyazının bir hissəsini itiriblər.