Bakı-Quba avtomobil yolunda AĞIR QƏZA : ölən var
13 mart 2022 11:10 (UTC +04:00)

Bakı-Quba avtomobil yolunda AĞIR QƏZA: ölən var

Yük maşını piyadanı vurub öldürüb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Quba avtomobil yolunun Sumqayıtın "Yaşma bağları" adlanan yaşayış massivindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən piyadanı "KaMAZ" markalı yük avtomobili vurub.

Piyada hadisə yerindəcə ölüb. Şəxsiyyəti məlum olmayan kişinin 40-45 yaşlarında olduğu bildirilir. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2522

Oxşar yazılar