Bakı-Qazax yolunda qadın sürücü "cip"i aşırdı: özü və nəvəsi öldü  - YENİLƏNİB
17 iyul 2025 14:16 (UTC +04:00)

Bakı-Qazax yolunda qadın sürücü "cip"i aşırdı: özü və nəvəsi öldü - YENİLƏNİB

Goranboyda baş verən yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, Daşkəsən rayonunun Bayan kəndində qeydiyyatda olan 67 yaşlı Nəsibə Nağıyevanın idarə etdiyi “Hyundai” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü və nəvəsi 7 yaşlı F.Məmmədli hadisə yerində dünyasını dəyişib.

Sürücünün qızı 35 Ayşən Məmmədli yüngül xəsarət alıb. Nəvələri - 9 yaşlı Ə.Məmmədli və 4 yaşlı A.Məmmədli yaralı vəziyyətdə Yevlax rayon xəstəxanasına çatdırılıb.

***
13:13

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 2 nəfərin öldüyü, 3 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə Yevlax xəstəxanasına aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1374

Oxşar yazılar