Bakıda 1 yaşlı qızını divara çırpıb  öldürən ataya HÖKM OXUNDU
17 iyul 2025 17:47 (UTC +04:00)

Bakıda 1 yaşlı qızını divara çırpıb öldürən ataya HÖKM OXUNDU

Bakıda körpə qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevə hökm oxunub.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Valeriy Tolmaçevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmədənin hökmünə əsasən, Valeriy Tolmaçev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2024-cü ilin noyabrında Binəqədi rayonu ərazisində baş verib. Valeriy Tolmacev Sevda Qocayeva ilə qeyri-rəsmi nikahdan dünyaya gələn 2023-cü il təvəllüdlü qızı Mədinə Tolmaçevanı öldürüb. Hadisənin baş verməsinə səbəb kimi 1 yaşlı uşağın ağlayaraq atasının yatmasına mane olması göstərilib. O, sərxoş halda körpənin ağlamasından hiddətlənərək onun başını bir neçə dəfə divara çırparaq ölümünə səbəb olub.

Ona şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.9 (Qəsdən adam öldürmə — xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədildikdə) maddəsi ilə yekun ittiham irəli sürülüb.

 

Fidan Fərmanlı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 626

Oxşar yazılar