Məşhur velosipedçi yarış zamanı öldü
17 iyul 2025 15:23 (UTC +04:00)

Məşhur velosipedçi yarış zamanı öldü

İtaliyalı velosipedçi Samuele Privitera gənclərin nüfuzlu yarışının birinci mərhələsində yıxılaraq dünyasını dəyişib.

Lent.az xəbər verir ki, idmançı yıxılaraq başından xəsarət alıb.

Hadisə Pontei bələdiyyəsi ərazisində baş verib. Zərərçəkənə qısa müddətdə tibbi yardım göstərilib və xəstəxanaya çatdırılıb. Hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini araşdırır.

İyulun 17-də baş tutmalı olan yarışın ikinci mərhələsi ləğv edilib. Yarış iyulun 18-də davam etdiriləcək. Mərhələ başlamazdan əvvəl bir dəqiqəlik sükut keçiriləcək, mərhumun xatirəsinə ilk kilometrlər neytral rejimdə keçiriləcək.

Yarış təşkilatçıları komandalara növbəti yarışlarda iştirak edib-etməmək və ya müsabiqədən çıxmaq barədə özləri qərar verməyə icazə veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 464

Oxşar yazılar