İtlərin  proqnozlaşdıra biləcəyi   5 qəribə şey
17 iyul 2025 13:28 (UTC +04:00)

İtlərin proqnozlaşdıra biləcəyi 5 qəribə şey

İtlər inanılmaz dərəcədə iti qoxu və eşitmə qabiliyyətinə malikdirlər — onların burnunda 220 milyon qoxu reseptoru var.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, itlər 5 heyrətamiz hadisəni qabaqcadan görə bilirlər.

Ev heyvanınızın qəribə davranışlarını müşahidə etmisinizmi? Bəlkə də, əvvəllər bunu sadəcə təsadüf kimi qiymətləndirmisiniz, amma bəzən elə bil itinizin hansısa fövqəltəbii hissləri var. Parade Pets yazır ki, itlərin həqiqətən də bəzi hadisələri əvvəlcədən hiss etmə qabiliyyəti var və bu, artıq elm tərəfindən təsdiqlənib.

1. İnsanın sağlamlıq vəziyyəti

İtlər qoxu vasitəsilə orqanizmdə baş verən kimyəvi dəyişiklikləri hiss edərək xəstəlikləri tanıya bilirlər. 2024-cü ildə aparılan bir tədqiqat göstərib ki, itlər diabet xəstəsində hiperqlikemiya və hipoqlikemiya ilə bağlı spesifik qoxuları ayırd edə bilirlər.

Araşdırmalar həmçinin göstərir ki, bəzi itlər epileptik tutmaların başlanmasından 15–45 dəqiqə əvvəl sahibini xəbərdar edə bilirlər. Bəzi alimlər isə iddia edir ki, itləri Parkinson xəstəliyini, simptomlar başlamazdan illər əvvəl müəyyən etməyə öyrətmək mümkündür.

2. Hamiləlik və doğuş

İtlər hormonlar və feromonların qoxusunu hiss edərək qadınlarda həm hamiləlik, həm də doğuşun yaxınlaşmasını əvvəlcədən hiss edə bilirlər. Çünki hormonal dəyişikliklər insanın təbii qoxusunu dəyişir və bu, itlər tərəfindən asanlıqla hiss olunur.

Veterinar həkim Reyçel Barak bildirib ki, "itlərdə elə iti eşitmə qabiliyyəti var ki, hətta hamiləliyin 28-ci həftəsində dölün ürək döyüntüsünü belə eşidə bilərlər".

3. Təbii fəlakətlər

İtlər təbii fəlakətləri hiss etmək qabiliyyətinə malikdirlər. Onların iti eşitmə qabiliyyəti sayəsində yeraltı daşların qırılması, uzaqdan gələn ildırım səsi kimi təbii siqnalları əvvəlcədən hiss edə bilirlər.

4. İnsanın emosiyaları

İtlər insanın kimyəvi balansındakı xırda dəyişiklikləri, bədən dilini və üz ifadələrini müşahidə edərək emosional vəziyyəti hiss edə bilirlər. Araşdırmalar sübut edib ki, itlər bəzən "mənfi enerjili" insanları, yəni emosional baxımdan qeyri-sabit şəxsləri tanıya bilirlər.

5. Paranormal hadisələr

İtlərlə "o biri aləm" arasında əlaqə barədə bir çox qədim mif və müasir sosial media hekayələri mövcuddur. Bəzi insanlar itlərinin ruhları gördüyünə və ya qəribə hadisələrə reaksiya verdiyinə inanırlar. Lakin bu sahədə elmi sübut hələ yoxdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 546

Oxşar yazılar