Göygöldə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
"Hyundai" markalı minik maşını yolu keçmək istəyən 39 yaşlı N.Ələsgərovu vurub.
Piyada dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.