Kürdəmirdə ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
"KamAZ" markalı qoşqulu yük maşını ilə Bakı şəhər sakini, 49 yaşlı Mübariz Əhməd oğlu Mustafayevin idarə etdiyi "Mercedes" markalı minik maşını toqquşub.
Nəticədə "Mercedes"in sürücüsü M. Mustafayev və sərnişinləri - 35 yaşlı Leyla Yasin qızı Mustafayeva, 71 yaşlı Dursun Məhəmməd qızı Mustafayeva, 67 yaşlı Bəsti Məhəmməd qızı Mustafayeva, 36 yaşlı Təravət Yasin qızı İbrahimova və 13 yaşlı Nəzrin Xəyyam qızı Mustafayeva müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.