Bakı polisi “MTN polkovniki”nin ölkədən qaçırdığı qadını axtarır
01 fevral 2022 13:41 (UTC +04:00)

Bakı polisi “MTN polkovniki”nin ölkədən qaçırdığı qadını axtarır

Bakı şəhər Baş Polis İdarəsi şirkət rəhbəri barəsində axtarış elan edib.

Lent.az-ın məlumatına görə, bu barədə idarənin saytında məlumat yerləşdirilib.

Bildirilir ki, Ellada Kərimova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir.

Qeyd edək ki, E.Kərimova "Mandarin Travel" turizm agentliyinin direktoru olub. Bir neçə il əvvəl çoxlu sayda vətəndaşın pullarını mənimsəməkdə ittiham olunan Ellada Kərimova barəsində mətbuatda çoxsaylı yazılar dərc olunub. Həmin yazılarda iddia olunur ki, E.Kərimova barəsində cinayət işi açılan kimi ölkədən qaçıb. Guya, onun ölkədən qaçmasına ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş "polkovniki" Ofeliya Mahmudova köməklik edib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) isə yazılanlara dərhal reaksiya verərək ləğv edilmiş MTN-in əməkdaşları sıralarında “polkovnik Ofeliya Mahmudova” ad-soyadlı birinin heç vaxt xidmət etmədiyini açıqlayıb.

Həmçinin hadisələrin cərəyan etdiyi zaman E.Kərimovanın axtarışa verilməsi barədə qeyri-rəsmi xəbərlər yayılsa da, Bakı polisi axtarış dosyesini bu gün sayta yerləşdirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8160
avatar

Mehman Nəbiyev

Oxşar yazılar