Azərbaycan polisi Avropada yaşayan iki mühaciri axtarışa verib.
Lent.az Bakı Şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, bloger Sadıqlı Tural Əlövsət oğlu Cinayət Məcəlləsinin 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), jurnalist Hüseynov Fikrət Nurəli oğlu isə Cinayət Məcəlləsinin 178.3.1-ci, 318.2.1-ci və 320.1-ci maddələri ilə təqsirli bilinirlər.
Onların hər ikisi barəsində axtarış elan olunub.