Bakı metrosunda qadına qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, mayın 5-də saat 8 radələrində metronun “Ulduz” stansiyasında bir qadının çantasından içərisində 1112 manatı, sənəd və bank kartları olan cüzdanının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Əzimov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.