Bakı metrosunda ölüm hadisəsi baş verib.
Lent.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki, 56 yaşlı Eldar Süleymanov bu gün səhər saat 7:55 dəqiqədə "Elmlər Akademiyası" stansiyasında özünü pis hiss edib. Dərhal ona təcili tibbi yardım xidməti cağırılıb, ilkin yardım edilib.
E.Süleymanov təcili yardım çatana qədər dünyasını dəyişib.