Bakı metrosunda qatarın altına düşərək ölən şəxsin kimliyi məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, o, 55 yaşlı Rövşən Abışovdur.
İlkin ehtimala görə, R.Abışov intihar məqsədi ilə özünü qatarın altına atıb.
Hadisənin dəqiq motivi araşdırmalardan sonra məlum olacaq.
***
saat 15:41
Bakı metropoliteninin “28 may” stansiyasında sərnişin qatar yoluna düşüb.
Metropolitendən Lent.az-a verilən məlumata görə, hadisə zamanı qatar maşınısti əyləci sıxıb, yüksək gərginlik çıxarılıb:
“Sərnişin qatarın altından çıxarılıb. Əfsuslar olsun ki, dünyasını dəyişib. Ölən şəxs kişidir. Qısa müddət ərzində qatarların hərəkəti bərpa olunub. Hadisə nəticəsində qatarların hərəkətində 17 dəqiqə yubanma qeydə alınıb”.