Avtoritetin işini araşdıran polkovnik-leytenant tutuldu
03 oktyabr 2024 18:15 (UTC +04:00)

Avtoritetin işini araşdıran polkovnik-leytenant tutuldu

Rusiyanın Rostov vilayətində Sankt-Peterburqun Frunzenski rayonunun İstintaq Komitəsinin keçmiş rəis müavini Aleksey Panjev saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, istintaq əməkdaşları onun yük yerindən Kalaşnikov avtomatı və qumbara tapıblar. Məlumata görə, polkovnik-leytenant 30 sutka müddətinə həbs edilib. Faktla bağlı odlu silahların qanunsuz saxlanması, daşınması və mümkün oğurlanması ilə bağlı cinayət işi açılıb.

Panjev "Los bandası" - Sankt-Peterburqdan olan kriminal avtoritet Aleksandr Kuryakovun işini araşdırması ilə məşhurlaşıb. İstintaq başlayandan sonra müstəntiq karyerasını tərk edərək, İstintaq Komitəsinin Luqanskdakı ərazi idarələrindən birinə rəhbərlik edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8226
avatar

Oxşar yazılar