Polis rəisi hakimi iş yerində GÜLLƏLƏDİ  - VİDEO
03 oktyabr 2024 17:23 (UTC +04:00)

Polis rəisi hakimi iş yerində GÜLLƏLƏDİ - VİDEO

ABŞ-da polis rəisi hakimi öldürüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Kentukki ştatında baş verib. 43 yaşlı polis rəisi Miskey Stines uzun illərdir dostluq etdiyi hakim 54 yaşlı Kevin Mullinsə iş otağında tapançadan 8 dəfə atəş açıb.

Nəticədə Mullins ölüb. Hadisədən sonra Stines könüllü polisə gedərək təslim olub. O, verdiyi ifadədə “Mənimlə ədalətli davranın. Arvad-uşağımı qaçıracaqlar” deyə qəribə sözlər səsləndirib.

Məlumata görə, Stines uzun illər öldürdüyü hakim Mullinsin katibi işləyib. 2018-ci ildə isə şəhərin polis rəisi seçilib.

Günahı sübuta yetiriləcəyi təqdirdə onu edam cəzası gözləyə bilər. Hazırda araşdırma aparılır.

Miskcey Stines

Kevin Mullins

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3051
avatar

Oxşar yazılar